DİM tibbi qoruyucu vasitələr satın alacaq

DİM tibbi qoruyucu vasitələr satın alacaq Dövlət İmtahan Mərkəzi tibbi qoruyucu vasitələrin satın alınması üçün təkliflər sorğusu elan edib
Elm və təhsil
25 Fevral , 2021 13:01
DİM tibbi qoruyucu vasitələr satın alacaq

Dövlət İmtahan Mərkəzi tibbi qoruyucu vasitələrin satın alınması üçün təkliflər sorğusu elan edib.

"Report" xəbər verir ki, iddiaçılar müqaviləni yerinə yetirmək üçün lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Təşkilat: Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs (VÖEN: 1304673921)

Bank: “Azər-Türk bank” ASC-nin Müştəri Xidmətləri Mərkəzi

Ünvan: Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85; 192/19

VÖEN(bank): 9900006111 Kod: 507699

SWIFT: AZRTAZ22

M/h: AZ02NABZ01350100000000022944

H/h: AZ98AZRT38060019440028835001

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq edilmiş surətləri);

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat;

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 11 mart 2021-ci il saat 17.00-dək təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan tender təkliflərinə baxılmayacaq. Təkliflər martın 12-si saat 11.00-da açılacaqdır. Tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən “Əsas şərtlər topIusu”nda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edilir.

İddiaçıların tender təklifi, həmçìnin tenderlə əlaqədar bütün yazışmalar və sənədlər Azərbaycan dilində həyata keçirilməlidir. Qiymət təklifləri Azərbaycan manatı ilə verilməlidir.

Əlaqələndirici şəxs: İlham Əliyev, telefon: 502-47-53/56/58, daxili 144

Faks: 465-87-96, 502-47-22

E-mail: [email protected]

Ünvan: AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M.

Son xəbərlər

Orphus sistemi