DİM: “Qaydaları pozan 5 nəfər imtahandan xaric olunub”

DİM: “Qaydaları pozan 5 nəfər imtahandan xaric olunub” Xəbər verdiyimiz kimi, 11-ci sinif şagirdləri üçün 23-24 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul) imtahanlarının nəticələri elan olunub
Elm və təhsil
1110
11 Avqust , 2020 00:13
DİM: “Qaydaları pozan 5 nəfər imtahandan xaric olunub”

Xəbər verdiyimiz kimi, 11-ci sinif şagirdləri üçün 23-24 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul) imtahanlarının nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzindən (DİM) "Report"a verilən məlumata görə, bu imtahanlarda iştirakı nəzərdə tutulan 20 034 nəfərdən 2 173 nəfər imtahana gəlməyib, 5 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

İmtahan iştirakçıları arasında 2 nəfər – Xırdalan şəhəri, 2 saylı tam orta məktəbin cari il məzunu və Lənkəran şəhəri, 10 saylı tam orta məktəbin 2019-cu il məzunu maksimal olan 300 bal toplayıb. 23 nəfər isə 297.1 bal toplayıb.

Son xəbərlər

Orphus sistemi