DİM: Bir nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib

DİM: Bir nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 10 iyun 2021-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi növbəti buraxılış imtahanları keçirilib.
Elm və təhsil
10 İyun , 2021 15:07
DİM: Bir nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 10 iyun 2021-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi növbəti buraxılış imtahanları keçirilib.

DİM-dən "Report"a verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən 1 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Son xəbərlər

Orphus sistemi