DİM: Ali məktəblərə qəbulun nəticələri iki-üç günə açıqlanacaq

DİM: Ali məktəblərə qəbulun nəticələri iki-üç günə açıqlanacaq Qeyd edək ki, ixtisas seçimi sentyabrın 10-da başlamışdı
Elm və təhsil
21 Sentyabr , 2020 12:59
DİM: Ali məktəblərə qəbulun nəticələri iki-üç günə açıqlanacaq
0 : 00
0 : 00

Ali təhsil müəssisələrinə tələbə qəbulu üçün ixtisas seçimi müsabiqəsinin nəticələri iki-üç gün ərzində elan olunacaq.

Bu barədə “Report”a Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd edək ki, ixtisas seçimi sentyabrın 10-da başlamışdı.

DİM Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək istəyən, lakin ixtisas seçimi etməyən abituriyentlər və subbakalavrlar üçün 21 sentyabr saat 10:00-dək əlavə vaxt vermişdi.

Son xəbərlər

Orphus sistemi