DİM abituriyentlərə müraciət edib: Sənədləri hazır saxlayın

DİM abituriyentlərə müraciət edib: Sənədləri hazır saxlayın DİM bununla əlaqədar abituriyentlərə sənədlərini qaydaya salmağı tövsiyə edib
Elm və təhsil
23 Aprel , 2021 15:44
DİM abituriyentlərə müraciət edib: Sənədləri hazır saxlayın
0 : 00
0 : 00

Dövlət İmtahan Mərkəzi (DİM) yaxın vaxtlarda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə qəbulu və imtahanlara start verəcək.

"Report" xəbər verir ki, DİM bununla əlaqədar abituriyentlərə sənədlərini qaydaya salmağı tövsiyə edib.

Qeyd olunub ki, bu günədək keçirilən buraxılış imtahanlarında iştirakçılar arasında xeyli müddət əvvəl şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş şagirdlər olub: "Bu ilin yanvar ayının 1-dək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu və imtahanlarda iştirak etmək üçün müvafiq qurumlara müraciət edərək öz sənədlərini yeniləməlidirlər".

Son xəbərlər

Orphus sistemi