DİM abituriyentlərə müraciət edib

DİM abituriyentlərə müraciət edib Əsas və əlavə yerləşdirmə nəticəsində ali təhsil müəssisələrinə, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan a
Elm və təhsil
27640
12 Oktyabr , 2020 15:52
DİM abituriyentlərə müraciət edib

Əsas və əlavə yerləşdirmə nəticəsində ali təhsil müəssisələrinə, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti oktyabrın 14-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, abituriyentlər 14 oktyabr saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı onlayn qaydada həyata keçirilir.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

Son xəbərlər

Orphus sistemi