DİM: Hərarəti yüksək olan 4 nəfər imtahana buraxılmayıb

DİM: Hərarəti yüksək olan 4 nəfər imtahana buraxılmayıb Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi növbəti buraxılış imtahanları keçirilib.
Elm və təhsil
9 İyun , 2021 14:21
DİM: Hərarəti yüksək olan 4 nəfər imtahana buraxılmayıb
0 : 00
0 : 00

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarına 4 nəfər buraxılmayıb.

DİM-dən “Report”a verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən 4 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Son xəbərlər

Orphus sistemi