Bakı. 5 oktyabr. REPORT.AZ/ AMEA-nın İmadəddin Nəsimi adına Dilçilik İnstitutunda aparılan yoxlamalar bu həftə ərzində yekunlaşacaq. Bu barədə "Report"a AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Dilçilk İnstitutunda aparılan yoxlamalara rəhbərlik edən Teymur Kərimli məlumat verib.
O bildirib ki, yoxlamalar bitmədən bu barədə hər hansı bir açıqlama vermək mümkün deyil: "Bu, AMEA-nın öz daxilində mütəmadi olaraq apardığı yoxlamlardan biridir. Digər institutlarda da aparılır. Məsələn, bir müddət əvvəl AMEA Radiasiya Problemləri İnstitutunda da yoxlama həyata keçirilmişdi".