Dilçilik İnstitutu: "Dil pozuntularının bir qismi sözlərin sırasının pozulması ilə bağlıdır"

Dilçilik İnstitutu: "Dil pozuntularının bir qismi sözlərin sırasının pozulması ilə bağlıdır" Televiziya jurnalistləri üçün treninqlər keçiriləcək
Elm və təhsil
124
30 May , 2017 11:36
Dilçilik İnstitutu: Dil pozuntularının bir qismi sözlərin sırasının pozulması ilə bağlıdır
Report.az

Bakı. 30 may. REPORT.AZ/ "Dil pozuntularının bir qismi sözlərin sırasının pozulması ilə bağlıdır".

"Report" xəbər verir ki, bunu Dilçilik İnstitutunun direktoru Möhsüm Nağısoylu "Telekanalların dil mənzərəsi" mövzusunda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, sözlərin yazılışı ilə bağlı pozuntulara da tez-tez rast gəlinir: "Dil pozuntularının qarşısını almaq üçün ilk olaraq məsuliyyətli və peşəkar olmaq, ana dilini sevmək və qorumaq lazımdır. Dil xalqın mənəvi sərvətidir, sərvəti isə qorumaq lazımdır".
İnstitutun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva bildirib ki, hazırda əvvəllər çox rast gəlinən bir sıra çatışmazlıqlar artıq aradan götürülüb: "Hazırda başqa dillərdən lüzumsuz sözlərin dilimizə gəlməsi, türk intonasiyasında tələffüzün formalaşması böyük problemlərdəndir".
Şöbə müdirinin sözlərinə görə, institutun monitoriqlər aparılmasında məqsədi Azərbaycan dilinə xidmət etməkdir: "Bizim məqsədimiz hər hansı aparıcının səhvini tutmaq deyil".
S.Əliyeva qeyd edib ki, bu monitorinqdən sonra yenidən televiziya jurnalistləri üçün treninqlər keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi