DİM təxirə salınan SAT imtahanının yeni tarixini açıqlayıb

DİM təxirə salınan SAT imtahanının yeni tarixini açıqlayıb Bakı. 8 may. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzində (DİM) mayın 5-də SAT imtahanı verməli olan şəxslərə müraciət edib.
Elm və təhsil
8 May , 2018 10:07
DİM təxirə salınan SAT imtahanının yeni tarixini açıqlayıb
Report
0 : 00
0 : 00

Bakı. 8 may. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzində (DİM) mayın 5-də SAT imtahanı verməli olan şəxslərə müraciət edib.

Mərkəzdən "Report"a verilən məlumata görə, "College Board”- Ali Təhsilə Qəbul Şurası tərəfindən verilən qərara əsasən, mayın 5-də keçirilməsi təxirə salınan SAT imtahanı mayın 19-da keçiriləcək.

Bildirilib ki, imtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. Gözləmə siyahısında (waiting list) olan şəxslər də bu imtahanda iştirak edə bilməyəcək.

İmtahan 19 may, saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

Qeyd edək ki, “College Board”- Ali Təhsilə Qəbul Şurası tərəfindən verilən qərara əsasən, ABŞ-ın bir neçə ştatı, Azərbaycan, Belçika, Misir, Honkonq, Hindistan, İrlandiya, Qazaxıstan, Yeni Zelandiya və s. ölkələrdə (tam siyahı ilə buradan tanış ola bilərsiniz) mayın 5-də keçirilməsi nəzərdə tutulan SAT imtahanları təxirə salınmışdı.

Son xəbərlər

Orphus sistemi