Dövlət İmtahan Mərkəzi (DİM) əməkdaşlarına sosial təcrid üçün əlverişli şərait yaratmaqla fəaliyyətini məsafədən təşkil edir.
Mərkəzdən “Report”a bildirilib ki, hazırda rəhbərlik və struktur bölmələr arasında məsləhətləşmələr məsafədən ünsiyyət üçün nəzərdə tutulmuş müəyyən proqramlar vasitəsilə onlayn qaydada keçirilir.
Vətəndaşların qəbulu müvəqqəti dayandırılsa da, onların müraciətləri 1653 Çağrı Mərkəzi, elektron poçt, sosial şəbəkə hesabları, həmçinin DİM-in regional bölmələri üzrə
Dövlət İmtahan Mərkəzinin “Youtube” kanalına "
DİM nəşrlərinin onlayn sifariş əsasında poçt xidməti vasitəsilə sifarişçilərin ünvanına çatdırılması işi davam etdirilir.
2020-ci il martın 1-də Bakı, Şirvan və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan şagirdlər üçün keçirilmiş buraxılış imtahanının birinci mərhələsinin nəticələrinin xüsusi proqram vasitəsilə onlayn yoxlanılma prosesi də davam edir. İmtahan nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.
Təhsil Nazirliyinin sifarişinə əsasən ümumtəhsil müəssisələrinin I, V və IX sinifləri üzrə növbəti tədris ili üçün nəzərdə tutulan dərslik komplektlərinin (dərslik və müəllim üçün metodik vəsait) nəşrəqədərki layihələrinin elektron variantları ekspert qruplarına göndərilib və onların onlayn qaydada elmi-metodiki monitorinqinə də başlanılıb. Monitorinq nəticəsində hər bir dərslik komplekti üzrə məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların elmi-metodiki uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından yekun rəylər hazırlanacaq.
Məlumatda vurğulanıb ki, təxirə salınan imtahanlar, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı, eləcə də digər tədbirlərin qrafiki Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə məlumat veriləcəkdir.