DİM sədrinin müavini: “İmtahanlarda cüzi qayda pozanlar olub”

DİM sədrinin müavini: “İmtahanlarda cüzi qayda pozanlar olub” “İmtahanlarda qayda pozanlar həmişə olur. Budəfəki buraxılış imtahanlarında da çox cüzi pozuntular qeydə alınıb”.
Elm və təhsil
12 İyun , 2020 12:11
DİM sədrinin müavini: “İmtahanlarda cüzi qayda pozanlar olub”
Report/Firudin Səlimov

“İmtahanlarda qayda pozanlar həmişə olur. Budəfəki buraxılış imtahanlarında da çox cüzi pozuntular qeydə alınıb”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov “Yeni TV”yə müsahibəsində deyib.

O bildirib ki, belə hallar onlarda təəccüb doğurur: “Təəccüblüdür ki, onlar bunu necə edirlər? Təbii ki, qaydaları pozan şagirdlərin nəticələri ləğv edilib. Mən həmin şəxslərə müraciət edirəm ki, həyatda nailiyyətə qanunsuz hərəkətlərlə nail olmayın. Həyata belə başlamaq böyük səhvdir. Valideynlər də bu işdə məsuliyyətli olmalıdır. Çünki nəticə həm şagirdlər, həm də valideynlər üçün ürəkaçan olmur”. 

Son xəbərlər

Orphus sistemi