Bakı. 25 yanvar. REPORT.AZ/ "Dövlət idarəetmə sistemində aparılan son struktur islahatları standartların dəyişməsinə, müasir tələblərə uyğunlaşmanın vacibliyinə dəlalət edir".
"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, bu, “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafı Strategiyası ilə (2019-2025-ci illər)” uyğunluq təşkil edir.
DİM sədri əlavə edib ki, Azərbaycanda dövlət qulluğunu keyfiyyət baxımından daha yüksək səviyyəyə qaldırmaq günün əsas tələbidir: "Buna nail olmaq üçün yeni Tvinninq layihəsinin – müasir kommunikasiya və qiymətləndirmə vasitələrinin inkişafı üçün texniki yardımın göstərilməsini nəzərdə tutan layihənin həyata keçirilməsi məqsədəuyğun olardı. Ümidvaram ki,