DİM sədri: "Dövlət qulluğuna qəbul imtahanlarında iştirak edənlərin sayı vakant yerlərin sayından iki dəfə çox olmalıdır"

DİM sədri: "Dövlət qulluğuna qəbul imtahanlarında iştirak edənlərin sayı vakant yerlərin sayından iki dəfə çox olmalıdır" Bakı. 25 dekabr. REPORT.AZ/ Artıq dövlət qulluğuna qəbul imtahanları hər ay keçirilir. Növbəti ildə də hər ay dövlət qulluğuna qəbul imtahanları aparılacaq. Bu, qanunvericilikdə də nəzərdə tutulub.
Elm və təhsil
25 Dekabr , 2017 11:53
DİM sədri: Dövlət qulluğuna qəbul imtahanlarında iştirak edənlərin sayı vakant yerlərin sayından iki dəfə çox olmalıdır
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə / Report/ Firi Salim

Bakı. 25 dekabr. REPORT.AZ/ "Artıq dövlət qulluğuna qəbul imtahanları hər ay keçirilir. Növbəti ildə də hər ay dövlət qulluğuna qəbul imtahanları aparılacaq. Bu, qanunvericilikdə də nəzərdə tutulub".

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, artıq DİM tərəfindən dövlət qulluğuna qəbul üçün iki imtahan keçirilib: "Gələn ay B qrupu üzrə sertifikatlar imtahandan uğurla keçən namizədlərə təqdim olunacaq".

Bu il dövlət qulluğuna işə qəbul imtahanları keçirilənədək müsahibə ilə 240 nəfərin işə qəbul edildiyini deyən DİM sədri qeyd edib ki, reyestr vasitəsilə vakant olan vəzifəni görmək olur: "Dövlət qulluğunda olan bütün vakant yerlər ictimaiyyətə açıq olacaq. Elə şəxslər var ki, onlar dövlət qulluğuna imtahan verdikdən sonra artıq dövlət qulluqçusu olduğunu fikirləşirlər. Amma bəzi dövlət qulluqçuları müqavilə üzrə işlədiklərinə görə onlar dövlət qulluqçusu hesab olunmurlar. Ona görə də həmin şəxslər dövlət qulluqçuları ilə bağlı reyestrə daxil olaraq bu barədə məlumatları daha dəqiqliklə əldə edə bilərlər".

O, həmçinin əlavə edib ki, dövlət qulluğuna qəbul imtahanlarında iştirak edənlərin sayı vakant yerlərin sayından iki dəfə çox olmalıdır: "Belə olduqda rəqabət mühiti yaranar. Amma hazırda bu müşahidə olunmur. Bu gün ümumilikdə dövlət qulluğu ilə DİM-ə 1461 vakant yer təqdim olunub".

Son xəbərlər

Orphus sistemi