Bakı. 3 aprel. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzində yeni təhsil proqramları (kurikulumlar) əsasında Azərbaycan dili, rus dili, ədəbiyyat, ingilis dili, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənlərindən vəsaitlərin hazırlanması ilə bağlı işlər davam edir.
Mərkəzdən "Report"a verilən məlumata görə, hazırda vəsaitlərin ayrı-ayrı bölmələrinə aid mövzuların müzakirəsi və təhlili yekunlaşmaq üzrədir.