DİM: II və III ixtisas qrupunun abituriyentləri "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər

DİM: II və III ixtisas qrupunun abituriyentləri "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər Bakı. 7 may. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) abiturientlərə müraciət edib.
Elm və təhsil
7 May , 2018 10:32
DİM: II və III ixtisas qrupunun abituriyentləri İmtahana buraxılış vərəqəsini çap edə bilərlər
Report

Bakı. 7 may. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) abiturientlərə müraciət edib.

DİM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mayın 13-də II və III ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanında iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.

Son xəbərlər

Orphus sistemi