DİM: İnzibati rəhbər vəzifələr üzrə keçirilən imtahanda 24 namizəd uğur qazanıb

DİM: İnzibati rəhbər vəzifələr üzrə keçirilən imtahanda 24 namizəd uğur qazanıb Bakı. 24 noyabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirib.
Elm və təhsil
24 Noyabr , 2018 13:51
DİM: İnzibati rəhbər vəzifələr üzrə keçirilən imtahanda 24 namizəd uğur qazanıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirib.

Mərkəzdən "Report"a verilən məlumata görə, imtahanda 58 namizəd iştirak edib. 

İmtahan nəticələrinə əsasən, AB4 altqrupu üzrə 1 nəfər, AC1 altqrupu üzrə 2 nəfər, AC2 altqrupu üzrə 5 nəfər, AC3 altqrupu üzrə 4 nəfər, AC4 altqrupu üzrə isə 12 nəfər olmaqla, ümumilikdə 24 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası 26-28 noyabrda saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. 

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).

Son xəbərlər

Orphus sistemi