DİM: İlk sınaq imtahanları 26 şəhər və rayonunda keçiriləcək

DİM: İlk sınaq imtahanları 26 şəhər və rayonunda keçiriləcək Sınaq imtahanının keçirilməsi üçün imtahan binalarında ümumilikdə 51050 yer ayrılıb
Elm və təhsil
11 Aprel , 2017 13:55
DİM: İlk sınaq imtahanları 26 şəhər və rayonunda keçiriləcək
Report

Bakı. 11 aprel. REPORT.AZ/ I-IV ixtisas qrupları üzrə ali təhsil  müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə mayın 27-də ilk sınaq imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, imtahanın ölkənin 26 şəhər və rayonunda olmaqla, 96 imtahan binasında təşkil olunması nəzərdə tutulub.

Sınaq imtahanının keçirilməsi üçün imtahan binalarında ümumilikdə 51050 yer ayrılıb.

İmtahan keçiriləcək binalar DİM-in rəsmi saytının müvafiq bölməsində hər şəhər və rayonda bir bina olmaqla yerləşdiriləcək. Növbəti imtahan binası sayta əvvəlki bina tam dolduqdan sonra yerləşdiriləcək.

May ayının 27-də keçiriləcək sınaq imtahanına qeydiyyat 12 aprel saat 10:00-dan 23 may saat 10:00-dək aparılacaq.

Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması"  bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər. 

Son xəbərlər

Orphus sistemi