DİM gürcü dilini bilən mütəxəssis axtarır

DİM gürcü dilini bilən mütəxəssis axtarır Bakı. 20 fevral. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) fənlər üzrə gürcü dilində yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin işə qəbulunu elan edib.
Elm və təhsil
3020
20 Fevral , 2019 10:41
DİM gürcü dilini bilən mütəxəssis axtarır
Dövlət İmtahan Mərkəzi / Report

Bakı. 20 fevral. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) fənlər üzrə gürcü dilində yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin işə qəbulunu elan edib. 

Mərkəzdən "Report"a verilən məlumata görə, maraqlanan şəxslər CV formasını martın 15-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Fənlər üzrə yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislər gürcü dilində test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi, gürcü dilində tərtib olunmuş test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizası, test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının gürcü dilinə tərcüməsini bacarmalıdırlar. 

İxtisas tələbləri və digər şərtlərə gəlincə, aşağıdakı ixtisaslardan biri üzrə ən azı bakalavr təhsilinə malik olmalıdır:

- Azərbaycan dili;

- gürcü dili;

- rus dili;

- riyaziyyat;

Mütəxəssislər yeni təhsil proqramları (kurikulumlar) üzrə məlumatlı olmalıdır. Microsoft Office proqramlarında işləməyi bacarmalı, Azərbaycan dili, rus dili və riyaziyyat üzrə ixtisaslı mütəxəssislər gürcü dilini mükəmməl bilməlidirlər.

İşə götürülənlərin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.

Son xəbərlər

Orphus sistemi