DİM-də Apelyasiya Komissiyası yaradılıb

DİM-də Apelyasiya Komissiyası yaradılıb Abituriyentlər şəxsən müraciət edə bilərlər
Elm və təhsil
15 İyul , 2017 10:58
DİM-də Apelyasiya Komissiyası yaradılıb
Report.az

Bakı. 15 iyul. REPORT.AZ/ İyulun 14-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.

Bu barədə “Report”a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apelyasiya Komissiyasına 15-17 iyul 2017-ci il tarixlərində saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi