Dövlət İmtahan Mərkəzi (DİM) 9-cu və 11-ci siniflər üçün keçirəcəyi buraxılış (qəbul) imtahanlarının qrafikini açıqlayıb.
DİM-dən "Report"a verilən məlumata görə, iyunun 10, 11, 18 və 19-da imtahan keçiriləcək rayon və şəhərlərlə aşağıdakı cədvəldə tanış olmaq mümkündür.
Digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçiriləcək.
Qeyd edək ki, hər hansı bir səbəbdən 9-cu və 11-ci sinif buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək və həmin şəxslərin yekun attestasiyası aparılacaq. Lakin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər müsabiqədə iştirak etmək üçün şəhər və rayonların qrafikinə uyğun keçiriləcək imtahanlarda iştirak etməlidirlər. Bu imtahanlarda iştirak etməyənlər ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmayacaqlar.
Xatırladaq ki, 10, 11, 18, 19 iyun tarixlərində şəhər və rayonlara uyğun:
Tarix/İmtahan* | 10.06.2020 | 11.06.2020 | 18.06.2020 | 19.06.2020 |
11-ci sinif cari ilin məzunları üçün buraxılış imtahanı | Xətai (Bakı) Sumqayıt Cəlilabad Göyçay Ağdaş Qusar Qobustan | Nərimanov (Bakı) Abşeron Qəbələ Masallı Kürdəmir Ağsu Şabran | Qaradağ (Bakı) Goranboy Göygöl Sabirabad Salyan Tovuz Gədəbəy Lənkəran Lerik Ağdam Beyləqan Hacıqabul | Pirallahı (Bakı) Mingəçevir Samux İmişli Neftçala Şəmkir Astara Yardımlı Tərtər Füzuli Biləsuvar İngilis/ fransız bölmələri |
Tarix/İmtahan* | 10.06.2020 | 11.06.2020 | 18.06.2020 | 19.06.2020 |
Azərbaycan dili (dövlət dili) imtahanı - Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif cari ilin məzunları üçün | Qaradağ (Bakı) Şirvan Goranboy Göygöl Daşkəsən Salyan Saatlı Ağcabədi Beyləqan Siyəzən Xızı | Pirallahı (Bakı) Mingəçevir Samux Naftalan Neftçala Hacıqabul Tərtər Ağdam Füzuli | Xətai (Bakı) Sumqayıt Qax Göyçay Ağdaş Xaçmaz | Nərimanov (Bakı) Abşeron Oğuz Kürdəmir Quba |
- 9-cu sinif cari ilin məzunları üçün buraxılış imtahanı - 9 illik təhsil bazasında kolleclərə sənəd vermiş əvvəlki illərin məzunları üçün qəbul imtahanı | Goranboy Göygöl Daşkəsən Salyan Saatlı Ağcabədi Beyləqan Siyəzən Xızı | Mingəçevir Samux Naftalan Neftçala Hacıqabul Tərtər Ağdam Füzuli | Sumqayıt Göyçay Ağdaş Xaçmaz Qobustan | Abşeron Kürdəmir Ağsu Quba |
01.03.2020-ci il tarixində buraxılış imtahanı vermiş və 9 illik təhsil bazasında kolleclərə sənəd vermiş cari ilin məzunları üçün qəbul imtahanı | Qaradağ Şirvan | Pirallahı (Bakı) | Xətai (Bakı) | Nərimanov (Bakı) |
Tarix/İmtahan* | 10.06.2020 | 11.06.2020 | 18.06.2020 | 19.06.2020 |
Azərbaycan dili (dövlət dili) imtahanı - Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu sinif cari ilin məzunları üçün - 9 illik təhsil bazasında kolleclərə ərizəsini rus bölməsi üzrə təsdiq etmiş əvvəlki illərin məzunları üçün | Xətai (Bakı) Sumqayıt Şəki Cəlilabad Göyçay Ağdaş Qusar Qobustan | Nərimanov (Bakı) Abşeron Qəbələ Masallı Kürdəmir Ağsu Şabran | Qaradağ (Bakı) Goranboy Göygöl Sabirabad Salyan Tovuz Gədəbəy LənkəranBeyləqan Hacıqabul | Pirallahı (Bakı) Mingəçevir Samux İmişli Neftçala Şəmkir Astara Tərtər Biləsuvar İngilis/ fransız bölmələri |
Qeydlər:
- Həmişə olduğu kimi, cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
- Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən məktəblərin 9 və 11, Bərdə rayonunda yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin ümumi sayı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal, müvafiq olaraq, I hissələrlər adlandırılıb.
- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.
- Xüsusi məktəblərin – internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərin şagirdləri üçün imtahan, ictimaiyyətə əvvəlcədən məlumat verilməklə, növbəti həftəsonu günlərində keçiriləcəkdir.
- İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.