DİM abituriyentlərə müraciət etdi

DİM abituriyentlərə müraciət etdi 18 və ya 19 iyun tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarında iştirak edəcək şagirdlər (abituriyentlər) “İmtahaha buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər.
Elm və təhsil
12 İyun , 2020 16:41
DİM abituriyentlərə müraciət etdi
Dövlət İmtahan Mərkəzi / Report

18 və ya 19 iyun tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarında iştirak edəcək şagirdlər (abituriyentlər) “İmtahaha buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, iştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib özləri ilə gətirməlidirlər.

“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” DİM-in saytında “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və abituriyentin özü tərəfindən imzalanır.

Bundan əlavə, imtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

18 və ya 19 iyun tarixlərində (QRAFİK) imtahan verən şəxslər DİM-in saytında yerləşdirilmiş müvafiq keçidlər vasitəsilə “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni” çap edə bilərlər.

Son xəbərlər

Orphus sistemi