DİM: 5 abituriyent ali məktəbə imtahansız qəbul olmaqdan imtina edib

DİM: 5 abituriyent ali məktəbə imtahansız qəbul olmaqdan imtina edib Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müsabiqədənkənar qəbul olmaq hüququ qazanan 5 abituriyent budan imtina edib.
Elm və təhsil
387
1 Avqust , 2019 16:55
DİM: 5 abituriyent ali məktəbə imtahansız qəbul olmaqdan imtina edib

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müsabiqədənkənar qəbul olmaq hüququ qazanan 5 abituriyent budan imtina edib.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

Həmin abituriyentlər müsabiqədə ümumi qaydalarla iştirak edəcəklərini bildiriblər.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli qərarına uyğun olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Son xəbərlər

Orphus sistemi