DİM 2 500-dən yuxarı abituriyentə xəbərdarlıq SMS-ləri göndərdi

DİM 2 500-dən yuxarı abituriyentə xəbərdarlıq SMS-ləri göndərdi Dövlət İmtahan Mərkəzi ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu müddətində öz elektron ərizəsinə daxil olub hər hansı bir qeyd aparan və ərizəsini özü təsdiq etmək imkanına malik olan abituriyentlərə bu gün saat 18:00-dək ərizələrini təsdiq etmək imkanı yaradıb.
Elm və təhsil
12 İyun , 2020 15:21
DİM 2 500-dən yuxarı abituriyentə xəbərdarlıq SMS-ləri göndərdi

Dövlət İmtahan Mərkəzi ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu müddətində öz elektron ərizəsinə daxil olub hər hansı bir qeyd aparan və ərizəsini özü təsdiq etmək imkanına malik olan abituriyentlərə bu gün saat 18:00-dək ərizələrini təsdiq etmək imkanı yaradıb.

Mərkəzdən "Report"a verilən məlumata görə, 10 və 11 iyunda yuxarıda qeyd olunan kateqoriyaya aid olan 2500-dən yuxarı abituriyentə ərizələrini təsdiq etmək imkanları ilə bağlı xəbərdarlıq -SMS-ləri göndərilib. 

Edilən xəbərdarlıqdan sonra yalnız 224 nəfər ərizəsini təsdiq edib. Digər şəxslər hələ də ərizələrini təsdiq edə bilərlər.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə yalnız “Abituriyentin elektron ərizə” formasını təsdiq etmiş şəxslər iştirak edə bilərlər.

Qeyd. Elektron ərizəsi olmayan, həmçinin ərizənin təsdiqi üçün Dövlət İmtahan Mərkəzinin məlumat bazasında yetərli məlumatları olmayan şəxslər üçün ərizə qəbulu başa çatıb.

Son xəbərlər

Orphus sistemi