Deputat: "Uşaq bağçasında işığın kəsilməsinə səbəb olanlar məsuliyyətə cəlb ediləcəklər"

Deputat: "Uşaq bağçasında işığın kəsilməsinə səbəb olanlar məsuliyyətə cəlb ediləcəklər" Uşaq bağçasının smart kartına sərf edilən elektrik enerjisinin ödənişi üçün pul vəsaiti vaxtında köçürülməyib
Elm və təhsil
17 Fevral , 2017 17:39
Deputat: Uşaq bağçasında işığın kəsilməsinə səbəb olanlar məsuliyyətə cəlb ediləcəklər

Bakı. 17 fevral. REPORT.AZ/ Mingəçevir şəhər 17 saylı uşaq bağçasında işığın kəsilməsinə səbəb olan şəxslər məsuliyyətə cəlb ediləcəklər. 

"Report"un xəbərinə görə, bu barədə hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, 47 saylı Mingəçevir seçki dairəsinin deputatı Aydın Mirzəzadə məlumat verib.

A.Mirzəzadə əlavə edib ki, hadisə ilə bağlı Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb: "Bir qədər əvvəl bəzi saytlarda Mingəçevir şəhər 17 saylı uşaq baççasında elektrik enerjisinin olmaması barədə xəbər yayıldı. Bununla bağlı dərhal Mingəçevir Şəhər İcra Hakmiyyəti ilə əlaqə saxladım. Məlum oldu ki, bəzi şəxslərin sələnkarlığı nəticəsində uşaq bağçasının smart kartına sərf edilən elektrik enerjisinin ödənişi üçün pul vəsaiti vaxtında köçürülməyib. Fakt aşkarlanan kimi vəsait dərhal ödənilib və bu gün günorta saatlarında uşaq bağçasında elektrik enerjisi bərpa edilib. Məsələ ilə bağlı səhlənkarlıq edənlər müvafiq qaydada məsuliyyətə cəlb olunacaqlar".