Daha bir məktəb koronavirusa görə distant təhsilə keçir

Daha bir məktəb koronavirusa görə distant təhsilə keçir Paytaxtdakı 45 nömrəli tam orta məktəbin fəaliyyəti yanvarın 24-dən distant təhsil formasında davam etdiriləcək.
Elm və təhsil
21 Yanvar , 2022 15:20
Daha bir məktəb koronavirusa görə distant təhsilə keçir

Bakıda 45 nömrəli tam orta məktəbin fəaliyyəti yanvarın 24-dən distant təhsil formasında davam etdiriləcək.

Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, Gigiyena və Epidemiologiya Mərkəzi COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı 45 nömrəli tam orta məktəbdə əyani tədris prosesinin 14 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verib: "Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır".

Son xəbərlər

Orphus sistemi