Daha 4 təhsil müəssisəsində SABAH qrupları fəaliyyət göstərəcək

Daha 4 təhsil müəssisəsində SABAH qrupları fəaliyyət göstərəcək Yeni tədris ilində SABAH qruplarında ümumilikdə 1636 tələbə təhsil alacaq
Elm və təhsil
29 İyul , 2015 16:01
Daha 4 təhsil müəssisəsində SABAH qrupları fəaliyyət göstərəcək

Bakı. 29 iyul. REPORT.AZ/ Bu tədris ilindən etibarən SABAH qrupları üzrə baza ali təhsil müəssisələrinin sırasına 4-ü əlavə olunacaq. Təhsi Nazirliyindən "Report"a verilən məlumata görə, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası və Bakı Slavyan Universitetində bu tədris ilindən etibarən SABAH qrupları fəaliyyət göstərəcək.

Bu, SABAH qrupları üzrə ixtisasların sayının artması ilə bağlıdır. Ötən tədris ilində SABAH qruplarına qəbul 5 ixtisas qrupu üzrə aparılırdısa, indi onların sayı 6-ya çatdırılıb.

Yeni tədris ilində SABAH qruplarında ümumilikdə 1636 tələbə təhsil alacaq. Bunlardan 755 nəfəri ötən tədris ilində, qalan 881 nəfəri yeni qəbul olunanlardır.

Qeyd edək ki, SABAH qrupları 2014-2015-ci tədris ilindən fəaliyyətə başlayıb. İlkin mərhələdə 7 ali təhsil müəssisəsində yaradılan SABAH qruplarında 39 ixtisas üzrə kadr hazırlığı aparıldığı halda, cari ildə ixtisasların ümumi sayı 45 olacaq.

Son xəbərlər

Orphus sistemi