CNN: Tarixdə ilk kəllə trepanasiyası Azərbaycan ərazisində edilib

CNN: Tarixdə ilk kəllə trepanasiyası Azərbaycan ərazisində edilib Kranial cərrahiyyənin müəyyən nümunəsi ilk dəfə Fransada tapılan heyvanda aşkarlanıb
Elm və təhsil
23 Aprel , 2018 11:46
CNN: Tarixdə ilk kəllə trepanasiyası Azərbaycan ərazisində edilib
CNN

Bakı. 23 aprel. REPORT.AZ/ Eramızdan 7,3 min il əvvələ aid edilən dünyada ilk kəllə trepanasiyası nümunəsi Azərbaycan ərazisində aşkar edilib.

"Report" CNN-ə istinadən xəbər verir ki, bu o deməkdir, insanın kəllə sümüyündə ilk əməliyyat hələ mezolit dövründə aparılıb.

Bununla bağlı məqalədə qeyd olunur ki, kranial cərrahiyyənin müəyyən nümunəsi ilk dəfə Fransada tapılan heyvanda aşkar edilib. Belə ki, 1991-ci ildə aşkarlanan və eramızdan 3,4-3 min il əvvələ aid edilən inək kəlləsində dairəvi deşik var.

Arxeoloqlar əvvəlcə deşiyin digər inəyin buynuzu ilə toqquşma nəticəsində yarandığını güman ediblər. Amma ötən il iki antropoloq - Fernando Ramires Rossi (Fernando Ramirez Rozzi) və Alen Froman (Alain Froment) kəlləni ciddi araşdırdıqdan sonra deşiyin trpanasiya nümunəsi olduğu qənaətinə gəliblər.

Qeyd edək ki, Azərbaycanda trapanasiya izləri olan dörd kəllə sümüyü aşkar edilib. Onlardan biri Çalağantəpə kəndində aşkar edilib və eneolit dövrünə aiddir, Daşkəsən rayonunda tapılan digər üç kəllə isə tunc dövrünə aiddir.

Son xəbərlər

Orphus sistemi