Çində yeni tədris ili üçün təqaüd proqramı elan edilib

Çində yeni tədris ili üçün təqaüd proqramı elan edilib Çinin Tsinqua Universiteti İctimai Sağlamlıq üzrə Beynəlxalq Magistratura (İnternational Master of Public Health) proqramına qəbul elan edib.
Elm və təhsil
6 Noyabr , 2019 15:10
Çində yeni tədris ili üçün təqaüd proqramı elan edilib

Çinin Tsinqua Universiteti İctimai Sağlamlıq üzrə Beynəlxalq Magistratura (İnternational Master of Public Health) proqramına qəbul elan edib.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, “Çinin mükəmməl Gəncliyi Sxemi-Magistratura Proqramı üzrə Çin Hökümətinin Təqaüdü” (Youth of Excellence Scheme of China-Master of Chinese Government Scholarship) layihəsi çərçivəsində elan edilən təqaüd proqramı 2020-2021-ci tədris ilini əhatə edir.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları 2020-ci il martın 1-dək http://gradadmission.tsinghua.edu.cn/f/login elektron ünvanı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Təqaüd proqramı barədə daha ətraflı məlumatı elan vasitəsilə əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi