Ceyhun Bayramov: "Ali məktəblər tələbələrin ödədiyi təhsil haqqından asılı vəziyyətdədir"

Ceyhun Bayramov: "Ali məktəblər tələbələrin ödədiyi təhsil haqqından asılı vəziyyətdədir" Hazırda ödənişli təhsil alan tələbələrə müxtəlif dəstək mexanizmləri müzakirə edilir.
Elm və təhsil
17 Oktyabr , 2019 13:34
Ceyhun Bayramov: Ali məktəblər tələbələrin ödədiyi təhsil haqqından asılı vəziyyətdədir

"Hazırda ödənişli təhsil alan tələbələrə müxtəlif dəstək mexanizmləri müzakirə edilir".

"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov oktyabrın 17-də Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, təhsil kreditləri bu mexanizmlərdən yalnız biridir, amma yeganə dəstək forması deyil: "Əlavə dəstək mexanizmləri üzərində iş gedir, hesablamalar aparılır, konkret olaraq hansı formada dəstək mexanizmləri olacaqsa, bu barədə növbəti aylarda daha geniş məlumat veriləcək".

C.Bayramov əlavə edib ki, mövcud qanunvericiliyə əsasən ali təhsil müəssisələrinin fəaliyyəti təhsil haqqının hesabına təşkil edilir: "Dövlət hesabına təhsil alanların təhsil haqqını dövlət ödəyir. Son 1 il ərzində dövlət hesabına təhsil alan tələbələrin sayında ciddi artım baş verib. 2019-cu ildə bu cür təhsil alanların sayı 66 faiz artıb. Lakin ödənişli təhsil alan tələbələrin ödədiyi təhsil haqqları ali məktəblərin gəlirlərinin böyük hissəsini təşkil edir. Buna görə də ali məktəblər təhsil haqlarından asılı vəziyyətdədirlər. Təhsil Nazirliyi olaraq ali məktəblərə tövsiyə etmişik ki, təhsil haqqı ödənişlərini dərs ili başlayan zaman birdəfəyə deyil, hissə-hissə ödənilməsinə baxsınlar. Əminəm ki, əksər ali məktəblər məhz bu formada iş qurublar".

Son xəbərlər

Orphus sistemi