Ceyhun Bayramov: "2019-2020-ci tədris ili üçün ali məktəblərdə dövlət sifarişli yerlərin sayı üstünlük təşkil edib"

Ceyhun Bayramov: "2019-2020-ci tədris ili üçün ali məktəblərdə dövlət sifarişli yerlərin sayı üstünlük təşkil edib" “Son 6 ildə ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayında 20.8 faiz artım müşahidə olunub”.
Elm və təhsil
143
31 May , 2019 10:52
Ceyhun Bayramov: 2019-2020-ci tədris ili üçün ali məktəblərdə dövlət sifarişli yerlərin sayı üstünlük təşkil edib
Ceyhun Bayramov

“Son 6 ildə ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayında 20.8 faiz artım müşahidə olunub”.

"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov “İqtisadiyyat və İdarəetmə ixtisasları üzrə magistrantların Beynəlxalq Elmi Konfransı”nda çıxışı zamanı deyib.

O bildirib ki, təkcə 2018-ci ildə 41 mindən çox şəxs tələbə adını qazanıb: “İqtisadiyyatın inkişafında ali təhsilin rolu xüsusi önəm kəsb edir. Azərbaycan vətəndaşlarının ali təhsilə çıxış imkanlarının genişləndirilməsi dövlətin əsas prioritet istiqamətlərindən biridir. Ali təhsil müəssisələrində 2019-2020-ci il tədris ili üçün dövlət sifarişli yerlərin sayı 66 faiz təşkil edib. Biz bu gün magistratura səviyyəsində qəbul dinamikasını müşahidə edirik”.

Son xəbərlər

Orphus sistemi