Ceyhun Bayramov: "122 minə yaxın uşaq I sinfə qəbul olunub"

Ceyhun Bayramov: "122 minə yaxın uşaq I sinfə qəbul olunub" Yeni tədris ili üçün I sinfə qəbul prosesində 122 minə yaxın uşaq qeydiyyatdan keçib və onlar artıq I sinfə qəbul olunub.
Elm və təhsil
423
7 May , 2020 17:13
Ceyhun Bayramov: 122 minə yaxın uşaq I sinfə qəbul olunub

"Yeni tədris ili üçün I sinfə qəbul prosesində 122 minə yaxın uşaq qeydiyyatdan keçib və onlar artıq I sinfə qəbul olunub".

"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, tədris digər dillərdə olan məktəblərdə oxuyacaq uşaqlarla müsahibələrə qeydiyyat mayın 20-dən etibarən başlayacaq və 9 621 uşaq müsahibəyə cəlb ediləcək.

C.Bayramov qeyd edib ki, növbəti tədris ili üçün lisey və gimnaziyalara qəbul imtahanı avqust ayında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi