Cənubi Koreya səfirliyi Bakıda viktorina təşkil edəcək

Cənubi Koreya səfirliyi Bakıda viktorina təşkil edəcək Yarışın ilk üç qalibi mükafatlandırılacaq
Elm və təhsil
24 Aprel , 2017 20:57
Cənubi Koreya səfirliyi Bakıda viktorina təşkil edəcək

Bakı. 24 aprel. REPORT.AZ/ Koreya Respublikasının Azərbaycandakı Səfirliyi mayın 12-də Azərbaycan Dillər Universitetinidə “Koreya Haqqında Viktorinanın Bakı Mərhələsi 2017” yarışını təşkil edəcək.

"Report"a səfirlikdən verilən məlumata görə, tədbirdə viktorina ilə birlikdə 2017-ci il Bakı K-pop festivalı qalibinin təbrik ifası, biletlər əsasında lotereya çəkilişi və Koreya milli geyimləri stendi kimi fərqli hissələr də olacaq.

Tədbirə hər kəs dəvətlidir və giriş pulsuzdur.

Bildirək ki, keçən il Bakı mərhələsinin qalibi Koreyada keçirilmiş final mərhələsinə qatılmaq şansı əldə edib və Azərbaycanı layiqincə təmsil edərək qalib oub. Viktorinanın ilkin mərhələsində yazılı olaraq müraciət edən namizədlərin sənəd yoxlanışından sonra finalçılar seçilir və bu il mayın 12-də keçiriləcək Bakı finalında iştirak etmək imkanı qazanırlar. Viktorinada iştirak edəcək şəxslər Koreya dilində veriləcək sualları düzgün cavablandıraraq qalib olmaq imkanı əldə edəcəklər. Yarışın ilk üç qalibi mükafatlandırılacaq və birinci yerə çıxan şəxs 2017-ci ilin sentyabr ayında Koreyada keçiriləcək final “Koreya Haqqında Viktorina 2017”də iştirak etmək hüququ qazanacaq. Bütün iştirakçılara həvəsləndirici hədiyyələr veriləcək.

Viktorinada Koreya mədəniyyəti, tarixi və dilinə maraq göstərən istənilən Azərbaycan vətəndaşı (Koreya dilini bilənlərə üstünlük veriləcək) iştirak edə bilər. İştirak etmək istəyən şəxlər aprelin 30-dək doldurulmuş müraciət formasını və 30 suala cavabı qeyd etdikləri sual kartını [email protected] e-mail ünvanına göndərməklə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi