Cəlilabadın Əməkdar və ali kateqoriyalı müəllimi vəfat edib

Cəlilabadın Əməkdar və ali kateqoriyalı müəllimi vəfat edib Cəlilabad rayonunda tanınmış elm xadimi, Əməkdar müəllim Ayaz Həsənov dünyasını dəyişib.
Elm və təhsil
682
17 Oktyabr , 2021 01:38
Cəlilabadın Əməkdar və ali kateqoriyalı müəllimi vəfat edib

Cəlilabad rayonunda tanınmış elm xadimi, Əməkdar müəllim Ayaz Həsənov dünyasını dəyişib.

"Report"un Muğan bürosunun məlumatına görə, o, 71 yaşında vəfat edib.

Qeyd edək ki, 1950-ci ildə anadan olmuş Həsənov Ayaz Yolçu oğlu Azərbaycanın Əməkdar müəllimidir. O, Prezident İlham Əliyevin 3 oktyabr 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülüb.

Azərbaycan SSR Maarif Nazirliyinin 13 may 1983-cü il tarixli qərarı ilə Metodist müəllim adına layiq görülən Ayaz Yolçu oğluna 1985-ci ildə “Ali kateqoriyalı” müəllim statusu verilib və həmin ildə də SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin bürünc medalı ilə təltif olunub.

A.Həsənov 40 il – 1973-cü ildən 2013-cü ilədək orta təhsil aldığı Cəlilabad şəhər Nizami adına 1 nömrəli tam orta məktəbdə biologiya fənnini tədris edib. 2013-cü ildən isə Azərbaycan Müəllimlər İnistitutunun (İndiki ADPU) Cəlilabad filialında metodist işləyib və daha sonra “Müasir təlim metodları və dayaq məntəqələri ilə iş “kabinetinin müdiri vəzifəsinə təyin olunub.

A.Həsənov hələ orta məktəbi bitirdikdən sonra təmiz səsə malik olduğu üçün yerli radio verilişləri redaksiyasının diktoru kimi fəaliyyət göstərib və rayonda çıxan “Taxılçı” qəzetinin redaksiyası ilə əməkdaşlıq edib.

Son xəbərlər

Orphus sistemi