​Cəlilabadda yeni arxeoloji materiallar aşkar edilib

​Cəlilabadda yeni arxeoloji materiallar aşkar edilib Polutəpə qədim yaşayış yerində 6 min bundan əvvələ aid maddi-mədəniyyət nümunələri tapılıb
Elm və təhsil
14 Noyabr , 2014 17:30
​Cəlilabadda yeni arxeoloji materiallar aşkar edilib

Bakı. 14 noyabr. REPORT.AZ/ AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Muğan-neolit ekspedisiyası Cəlilabad royununda arxeoloji tədqiqat işlərini başa çatdırıb. "Report" xəbər verir ki, bu barədə AMEA-nın yaydığı məlumatda bildirilib.

Ekspedisiyanın rəhbəri, tarix üzrə elmlər doktoru Tufan Axundovun sözlərinə görə, tədqiqat işləri rayonun Üçtəpə kəndi ərazisində aparılıb. Burada Polutəpə qədim yaşayış yerində 6 min bundan əvvələ aid maddi-mədəniyyət nümunələri - kərpicdən tikilmiş bina qalıqları, saxsı qablar, kiçik ölçülü fiqurlar aşkar olunub.

Son xəbərlər

Orphus sistemi