​Cəlilabadda Qafqazın ən qədim dini məbədi aşkar olunub - FOTO

​Cəlilabadda Qafqazın ən qədim dini məbədi aşkar olunub - FOTO Tapıntı Polutəpə qədim yaşayş məskənində üzə çıxıb
Elm və təhsil
1653
11 Avqust , 2016 07:41
​Cəlilabadda Qafqazın ən qədim dini məbədi aşkar olunub - FOTO

Cəlilabad. 11 avqust. REPORT. AZ/ Cəlilabadda yerləşən Polutəpə qədim yaşayş məskənində Qafqazın ən qədim dini məbədi aşkar olunub.

”Report”un Aran bürosu xəbər verir ki, rayonun Üçtəpə kəndində olan tarixi məkanda bir neçə ildir arxeoloji qazıntı işləri aparılırdı.

Bu dövr ərzində müxtəlif mədəni təbəqələrdən Neolit dövrünə aid olan xeyli sayda bəzək, məişət, eləcə də əmək alətələri tapılıb. Lakin bu il ilk dəfə olaraq burada nəinki Azərbaycanda, eləcə də Qafqazda ilk dəfə rast gəlinən qədim dini məbəd aşkar olunub.

Qədim ibadətgahın mərkəzində çala içində böyük küp yerləşir. Eyni zamanda küpün də daxili kül ilə doldurulub. Arxeoloji ekspedisiyanın rəhbəri Tufan Axundovun sözlərinə görə, kül qalıqları burada dini ayınlərin icra olunması zamanı istifadə olunan odun qalıqlarıdır.

Məbəddən başqa burada biri uşaq olmaqla iki insan qəbiri də aşkar olunub. Artıq Polutəpə yaşayış məskəninin üçündə, bir də ən son mədəni təbəqə üzərində qazıntı işləri yükunlaşmaq üzrədir.

Son xəbərlər

Orphus sistemi