Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbin direktoru Ələkbər Niftiyev vəzifəsindən azad olunub.
“Report” xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Artıq həmin məktəbin direktor səlahiyyətlərinin icrası Rzayev Abdul Sarbala oğluna həvalə olunub. A. Rzayev bundan əvvəl sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Ə. Niftiyev isə hazırda fəaliyyətini Cəlilabad Rayon Təhsil Şöbəsində Yeni Azərbaycan Partiyasının ərazi ilk partiya təşkilatının sədri vəzifəsində davam etdirir.
Qeyd edək ki, ötən il sentyabrın 14-də Cəlilabad şəhəri 9 nömrəli tam orta məktəbin tikintidən sonra açılış mərasimi olub. 624 şagird yerlik tədris binasında 25 sinif otağı, 6 laboratoriya, 2 texnologiya, informatika və gənclərin çağırışaqədərki hazırlıq kabinetləri də var.