Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin üzvü, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru Cəlal Əliyevlə vida mərasimi keçirilib.
"Report"un xəbərinə görə, mərasimdə Azərbaycan Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyev, Milli Məclisin sədri Oqtay Əsədov, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, baş nazirin müavinləri - Əli Əhmədov və İsmət Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, AMEA prezidenti Akif Əlizadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri və yaxınları iştirak edib.
C.Əliyev birinci Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, görkəmli ictimai xadim, dünya şöhrətli Azərbaycan alimi, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, akademik C.Əliyev fevralın 1-də 88 yaşında vəfat edib.