Builki MİQ imtahanında bir sıra yeniliklər tətbiq olunacaq

Builki MİQ imtahanında bir sıra yeniliklər tətbiq olunacaq "Təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas mərhələsinə start veririk. Əsas mərhələ dedikdə, test mərhələsi nəzərdə tutulur. Bu mərhələ 14-22 iyul tarixlərini əhatə edəcək".
Elm və təhsil
7 İyul , 2022 12:01
Builki MİQ imtahanında bir sıra yeniliklər tətbiq olunacaq

"Təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas mərhələsinə start veririk. Əsas mərhələ dedikdə, test mərhələsi nəzərdə tutulur. Bu mərhələ 14-22 iyul tarixlərini əhatə edəcək".

"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə builki imtahanlarda əvvəlki illərdən fərqli olaraq bir neçə yeniliklər tətbiq olunacaq:

"Belə ki, əvvəlki illərin təcrübəsinə əsaslanaraq və namizədlərin çoxsaylı müraciətlərini nəzərə alaraq imtahan müddətini hər fənn üzrə 90 dəqiqədən 120 dəqiqəyədək artırmışıq".

Son xəbərlər

Orphus sistemi