Bu müəllimlər apelyasiya müraciəti edə bilərlər

Bu müəllimlər apelyasiya müraciəti edə bilərlər Avqustun 21-dən müddətsiz əmək müqaviləsinin bağlanması məqsədi ilə keçirilən müsahibələrdə uğur qazanmayan namizədlərin apelyasiya müraciətləri üçün qeydiyyat başlanılır.
Elm və təhsil
3453
20 Avqust , 2020 11:25
Bu müəllimlər apelyasiya müraciəti edə bilərlər

Avqustun 21-dən müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən müsahibələrdə uğur qazanmayan namizədlərin apelyasiya müraciətləri üçün qeydiyyat başlanılır. 

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sözügedən müsahibələrdə uğur qazanmayan namizədlər  24 avqust saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq apellyasiya müraciətlərini təsdiq edə bilərlər.

Namizədlərin apelyasiya müraciətlərinə baxılması məqsədilə təkrar onlayn müsahibələr keçiriləcək. Apelyasiya müraciətini təsdiq edən namizədlərin şəxsi səhifəsinə keçiriləcək onlayn müsahibənin vaxtı barədə məlumat göndəriləcək. 

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanması məqsədi ilə 4-20 may 2020-ci il tarixləri aralığında, eyni zamanda, 10 iyul 2020-ci il tarixində onlayn müsahibələr keçirilib.

Son xəbərlər

Orphus sistemi