Nazir: "Bu il rekord sayda abituriyent tələbə adını qazanıb"

Nazir: "Bu il rekord sayda abituriyent tələbə adını qazanıb" "Bu da orta qəbul balının artması ilə bərabər baş verir"
Elm və təhsil
6 Oktyabr , 2017 13:34
Nazir: Bu il rekord sayda abituriyent tələbə adını qazanıb
Vergilər naziri Mikayıl Cabbarov / Report

Bakı. 6 oktyabr. REPORT.AZ/ “Bu il rekord sayda, yəni 37 500-ə yaxın abituriyent tələbə adını qazanıb”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bu da orta qəbul balının artması ilə bərabər baş verir: “Başqa sözlə, tələbə sayının artımı ali məktəblərə qəbul meyarlarının aşağı salınması ilə deyil, keyfiyyət meyarının qorunub saxlanması ilə baş verir. Bu da öz növbəsində o deməkdir ki, ildən-ilə ali məktəblərə daha hazırlıqlı tələbələr daxil olur”. 

Son xəbərlər

Orphus sistemi