Bu il qəbul imtahanları neçə dəfə keçiriləcək? - AÇIQLAMA

Bu il qəbul imtahanları neçə dəfə keçiriləcək? - AÇIQLAMA "Ali təhsil müəssisələrinə qəbul imtahanlarının (blok) 2 dəfə keçirilməsini nəzərdə tuturuq".
Elm və təhsil
29 Yanvar , 2021 11:37
 Bu il qəbul imtahanları neçə dəfə keçiriləcək? - AÇIQLAMA

"Ali təhsil müəssisələrinə qəbul imtahanlarının (blok) 2 dəfə keçirilməsini nəzərdə tuturuq".

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında bildirib.

"Bundan əlavə, magistraturaya qəbul imtahanı və rezidenturaya qəbul imtahanının 1-ci mərhələsini də 2 dəfə keçirməyi planlaşdırırıq. Ancaq bütün bunlar vəziyyətdən asılı olacaq", o bildirib.

DİM sədri bir daha imtahan iştirakçılarının, ictimaiyyətin nəzərinə çatdırıb ki, sanitar-epidemioloji vəziyyətlə əlaqədar təqvim planı dəyişə bilər: "Buna əvvəlcədən hazır olmaq lazımdır. İmtahanların keçirilmə ardıcıllığı dəyişməsə də, tarixlərə həmin dövrdəki vəziyyətlə əlaqədar yenidən baxıla bilər”.

Son xəbərlər

Orphus sistemi