Bu il Naxçıvanda orta məktəbi bitirən 1 737 məzun tələbə adını qazanıb

Bu il Naxçıvanda orta məktəbi bitirən 1 737 məzun tələbə adını qazanıb Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 200-ə yaxını ölkənin müxtəlif ali hərbi məktəblərinə qəbul olub
Elm və təhsil
22 oktyabr 2016 13:37
Bu il Naxçıvanda orta məktəbi bitirən 1 737 məzun tələbə adını qazanıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində 3 800-dən artıq kompüter dəsti quraşdırılıb, hər 12 şagird bir dəst kompüterlə təmin olunub.

"Report" muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə quraşdırılıb.

Ali təhsil müəssisələrinə qəbul üçün keçirilən imtahanlarda iştirak edən 2016-cı ilin məzunlarından 1 538-i ali təhsil müəssisələrinə qəbul olunub. Bu da sənəd verənlərin 62 faizini təşkil edir. Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 199-u ölkənin müxtəlif ali hərbi məktəblərinə qəbul olub. Bütövlükdə ali hərbi məktəblərə və Azərbaycan Respublikasının digər ali məktəblərinə 1 737 məzun qəbul olub. Ali məktəblərə qəbul olan məzunların 338-i 500-700 arası bal toplayıb.

Son xəbərlər

Orphus sistemi