Bu il işə qəbul olan müəllimlərin sayı açıqlanıb

Bu il işə qəbul olan müəllimlərin sayı açıqlanıb 2021-ci il 9 660 nəfər müəllim olaraq işə qəbul edilib.
Elm və təhsil
30 dekabr 2021 07:34
Bu il işə qəbul olan müəllimlərin sayı açıqlanıb

Bu il Azərbaycanda işə qəbul olan müəllimlərin sayı açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin illik hesabatında bildirilib.

Qeyd eilib ki, il ərzində ümumilikdə 12 154 vakansiya üzrə müsabiqə elan edilib.

Hazırki dövrə kimi 10000 nəfərə yaxın namizəd işlə təmin olunub. 3 794 nəfər müddətsiz, 5 866 namizəd isə müddətli əmək müqaviləsi əsasında işə qəbul olunub. İşə qəbul edilmiş müəllimlərin 51 faizi ucqar kənd məktəblərinin payına düşür. Namizədlərin işə qəbulu prosesi tədris ilinin sonunadək davam edəcək.

Son xəbərlər

Orphus sistemi