Bu il I siniflərə qəbul olan şagirdlərin sayı açıqlanıb.
"Report" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin illik hesabatında bildirilib.
Qeyd edilib ki, 2021-2022-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçirilib. Tədris ilində birinci siniflərə 156 107 uşaq qəbul edilib.