Bu il Gürcüstanda üç nəfər azərbaycanlı şagird orta məktəbi qızıl medalla bitirib

Bu il Gürcüstanda üç nəfər azərbaycanlı şagird orta məktəbi qızıl medalla bitirib Qızıl medalları sahiblərinə təhsil naziri və Tbilisi şəhərinin meri təqdim ediblər
Elm və təhsil
17 İyun , 2017 23:32
Bu il Gürcüstanda üç nəfər azərbaycanlı şagird orta məktəbi qızıl medalla bitirib

Tbilisi.17 iyun. REPORT.AZ/ Bu il Gürcüstanda 1861 şagird tam orta təhsil məktəblərini qızıl medalla bitirib. Onların 588-i Tbilisi şəhərinin məktəbliləridir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, orta məktəbi qızıl medalla bitirənlərdən 3 nəfəri azərbaycanlılardır.

Qızıl medalları sahiblərinə Gürcüstanın elm və təhsil naziri Aleksandr Çeçelava və Tbilisi şəhərinin meri david Narmaniya təqdim ediblər.

Qeyd edək ki, bu il Gürcüstanda tam orta məktəbləri 40 min şagird bitirib.

Tələbə adını qazanmaq istəyən məktəblilər qabiliyyət tələb edən və ümumi fənlərdən, gürcü dili və ədəbiyyatı və xarici dil fənnindən qəbul imtahanı verməlidilər.

Son xəbərlər

Orphus sistemi