Bu il Bakıda 3 yeni məktəb istifadəyə verilib

Bu il Bakıda 3 yeni məktəb istifadəyə verilib Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqi genişləndirilib.
Elm və təhsil
12 İyun , 2020 11:19
Bu il Bakıda 3 yeni məktəb istifadəyə verilib

Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqi genişləndirilib. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Report"a verilən məlumata görə, Təhsil Nazirliyinin həyata keçirdiiyi layihə çərçivəsində paytaxtdakı 39 ümumi təhsil müəssisəsində 170 “Sağlam təhsil” sinfi fəaliyyət göstərib.

Həmçinin cari tədris ilindən paytaxtdakı 20 məktəbdə 26 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyət göstərib.

Bundan başqa, 2019-2020-ci tədris ili ərəfəsində BŞTİ-nin tabeliyindəki əsaslı təmir edilən təhsil müəssisələrinin açılış mərasimləri keçirilib. Bakı şəhəri 101, 208, 300 nömrəli tam orta məktəblərin açılış mərasimlərində ölkə başçısı İlham Əliyev iştirak edib.

Son xəbərlər

Orphus sistemi