Bu il baharın Azərbaycana qədəm qoyacağı dəqiq vaxt açıqlanıb

Bu il baharın Azərbaycana qədəm qoyacağı dəqiq vaxt açıqlanıb Fevralın 23-ü ilk çərşənbədir
Elm və təhsil
15 Fevral , 2016 09:57
Bu il baharın Azərbaycana qədəm qoyacağı dəqiq vaxt açıqlanıb

Bakı. 15 fevral. REPORT.AZ/ Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 08:30 radələrində baş verəcək. "Report"un xəbərinə görə, bunu AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib.

Onun sözlərinə görə, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək: "Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada "yaz bərabərliyi nöqtəsi" deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir".

Qeyd edək ki, fevralın 23-ü ilk çərşənbə, martın 15-i axır çərşənbədir.

Son xəbərlər

Orphus sistemi