Bu il Azərbaycanda körpələrə ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

Bu il Azərbaycanda körpələrə ən çox qoyulan adlar açıqlanıb - SİYAHI “Damla” adı ötən illə müqayisədə, təxminən, 2 dəfə çox qoyulub
Elm və təhsil
23 Dekabr , 2017 11:06
Bu il Azərbaycanda körpələrə ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

Bakı. 23 dekabr. REPORT.AZ/ 2017-cı ildə Azərbaycanda körpələrə ən çox hansı adların verildiyi məlum olub.

“Report” Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, xəbər verir ki, bu il ərzində doğulan körpələrə qoyulan adlar arasında üstünlük yenə Yusif (2839) və Zəhraya (2700) verilib.

Doğulan körpələrə verilən adlar arasında Əli (2102), Nuray (2072), Hüseyn (1937), Zeynəb (1620), Məryəm (1619), Ömər (1582), Aylin (1508), Fatimə (1499), Məhəmməd (1423), Uğur (1423), Mələk (1426), Murad (1228), Ayxan (1091), Ayan (1076) adları da üstünlük təşkil edib.

Bundan başqa, uşaqlara ən çox verilən adlar arasında  Xədicə (892), Mədinə (923), Dəniz (1381), Leyla (854), Tunar (845), İbrahim (840), Gülay (730), İnci (731), Ümid (722), Fidan (648), Raul (630), Banu (640), Nilay (501), Əsma (474), Amin (418), Adəm (339) kimi adlar da yer alıb.

Bu il körpələrə Əsnad (248), Sevgi (202), Elif (188), Günəş (178), Nihan (138), Milana (112), Sunay (104), Selin (100), Jasmin (99), İlknur (96), Səmra (85) kimi maraqlı adlar da verilib.

Ötən ilə nisbətdə verilmə sayı artan adlardan daha çox diqqəti “Damla” adı çəkir. Bu ad ötən il 653, bu il isə 1068 körpəyə qoyulub.

Son xəbərlər

Orphus sistemi