Azərbaycanda ilk dəfə ölkə ərazisinin iqlim-malyariyaloji rayonlaşdırılması aparılıb

Azərbaycanda ilk dəfə ölkə ərazisinin iqlim-malyariyaloji rayonlaşdırılması aparılıb Rayonlaşdırma nəticəsində 5 vilayət, 6 yarımvilayət və 39 rayon ayrılıb
Elm və təhsil
25 Dekabr , 2014 12:31
Azərbaycanda ilk dəfə ölkə ərazisinin iqlim-malyariyaloji rayonlaşdırılması aparılıb

Bakı. 25 dekabr. REPORT.AZ/ "İlk dəfə olaraq Böyük Qafqazın şimal-şərq yamacının dağ-meşə və dağ-çəmən geosistemlərində fitokütlə ehtiyatının yerüstü hissəsi, onun bioloji dövrana qoşulma şəraiti, həcm və kütlə ölçüləri hesablanıb". "Report"un xəbərinə görə, bunu Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov cari il ərzində aparılan tədqiqatlarla bağlı məlumat verərkən deyib.

Bundan əlavə, sürüşmələrin, xüsusilə çox böyük Urva sürüşməsinin əmələ gəlməsində antropogen təsirlərin rolu öyrənilib, təbii-coğrafi mühit elementlərinin ekoloji gərginliyə məruz qalma dərəcəsi müəyyənləşdirilərək onların optimallaşdırılması yolları göstərilib. Ərazinin 3D formatda iri miqyaslı (1:200 000) mənimsənilmə (ekoloji gərginlik) və yamacların meyillik xəritələri tərtib edilib.

O, həmçinin qeyd edib ki, bu il Azərbaycanda ilk dəfə olaraq insanların malyariya xəstəliyinə yoluxma riskini qiymətləndirmək üçün tərtib olunmuş şkala əsasında ölkə ərazisinin iqlim-malyariyaloji rayonlaşdırılması aparılıb. Rayonlaşdırma nəticəsində 5 vilayət, 6 yarımvilayət və 39 rayon ayrılıb.

Son xəbərlər

Orphus sistemi